<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>283</hymn_number>
<lyrics>[V1]
 Nə əkmisən, dostum mənim, sən baharda
 Bu əkdiyin dənli bitki deyildimi?
 Qızıl sünbül, qızıl sünbül dalğasına
 Bürünmüşdür sənin tarlan, sənin tarlan.

[C1]
   Xeyirxahlıq toxumu səp sən həmişə,
   Çünki nə əkdinsə, onu biçərsən.
   Məsihin İsmiylə səp toxumu sən,
   Onda əkdiyini də biçəcəksən.
   Xeyirxahlıq toxumu səp sən həmişə,
   Çünki nə əkdinsə, onu biçərsən.
   Biçin günü gecikmədən gələcək,
   Onda əkdiyini sən biçəcəksən.

[V2]
 Həyat zəmisinə sən nə əkmisən
 Məhəbbət, yoxsa ki, kinli ədavət?
 Əkdiyin yetişər, sən bunu da bil,
 Onda mükafatın nə olacaqdır?

[V3]
 Vaxt gələcək, görəcəyik Göylərdə biz
 Xilas olmuş, xoşbəxt olan insanları.
 Gəl səp o müqəddəs xilas toxumun,
 Gəl səp yorulmadan, gəl səp, ey dostum.</lyrics>
<title>Nə əkmisən, dostum mənim, sən baharda İL283</title>
</song>